Çərşənbə axşamı , 6 Oktyabr 2026
Drone Cameras

Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumu həlak olsa, ailəsinə 20 min manat ödəniləcək

Korrupsiya barədə məlumat verdiyinə görə şəxs və ya onun qohumları həlak olarsa, ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində qeyd olunub.

Sənəd Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.

Sənədə görə, məlumat verən şəxs, onun yaxın qohumu və qohumu korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verməsi ilə əlaqədar bədən xəsarəti aldıqda ona əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslarla işləri (xidmətləri) yerinə yetirdiyi təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) 10 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.

Check Also

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad …