Çərşənbə , 9 Aprel 2025
Drone Cameras

Bakıda qoca kişinin mənzilindən 1500 manat oğurlandı

Bakıda 82 yaşlı kişinin evindən oğurluq edən şəxs saxlanılıb.

Boyukmillet.com-un xəbərinə görə, hadisə fevralın 18-də, paytaxtın Nərimanov rayonu, “Azadlıq” prospekti əzisində qeydə alınıb.

Belə ki, naməlum şəxs 1938-ci il təvəllüdlü O.Şerbakovun mənzilindən onun fikrini yayındıraraq, içərisində 1500 manat olan pulqabını oğurlayıb.

Daha sonra O.Şerbakov Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rasim Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, …