Azərbaycan para-pauerliftinqçisi Pərvin Məmmədov İngiltərənin Mançester şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Boyukmillet..com un məlumatına görə, 49 kq çəki dərəcəsində çıxış edən idmançı 146 kq nəticə ilə qalib olub. Bu, Məmmədovun Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını da artırıb.
Qeyd edək ki, fevralın 22-də digər para-pauerliftinqçi Şamo Aslanov mübarizə aparacaq.