Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

Xalq artisti Zaur Rzayev vəfat edib

Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə onun oğlu Azər Rzayev məlumat yayıb.

Bildirilib ki, Zaur Rzayev bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.

Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Check Also

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

ABŞ-nin İranla münaqişə çərçivəsində hərbi əməliyyatlara çəkdiyi xərclər 47 milyard dollara çatıb.Boyukmillet.com xəbər verir ki, …