Cümə , 30 Oktyabr 2026
Drone Cameras

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.

İclasda namizədlər də iştirak edirlər. Xanım namizədlər birbaşa, Ceyhun Qaracayev isə xaricdə olduğundan onlayn qoşulub.

Qeyd edək ki, Səbinə Əliyeva hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilidir. Ceyhun Qaracayev Azərbaycan Konstitusiya Məhkəməsinin hakimidir. Hüquq elmləri doktorudur. Elşanə Vəliyeva isə Azərbaycan Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvüdür.

Check Also

Xalq artisti Zaur Rzayev vəfat edib

Azərbaycanın Xalq artisti Zaur Rzayev vəfat edib.Boyukmillet.com xəbər verir ki, bu barədə onun oğlu Azər …