Şənbə , 31 Oktyabr 2026
Drone Cameras

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Boyukmillet.com-a Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərar layihəsi müzakirə olunub və səsverməyə qoyularaq qəbul edilib.

Daha sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb və qəbul olunub.

İclasda həmçinin 2025-ci ildə və 2026-cı ilin birinci yarımilliyində Sumqayıt İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqi üzrə məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Sonra “Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli Qərarında dəyişiklik edilməsi məsələsinə baxılıb.

İclasda həmçinin Ali Məhkəmənin Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Check Also

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə …