Cümə , 30 Oktyabr 2026
Drone Cameras

Samara vilayətindəki iri neft emalı zavoduna PUA-larla hücum edilib

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk neft emalı zavoduna hücum edib.

Bu barədə Ukraynanın “UNIAN“ məlumat yayıb.

Hücum nəticəsində zavodun ərazisində güclü yanğın baş verdiyi bildirilir. Hadisə ilə əlaqədar Samara hava limanının fəaliyyəti də məhdudlaşdırılıb.

Məlumata görə, Novokuybışevsk neft emalı zavodu Volqaboyu regionunun ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik neft emalı gücü 8–9 milyon ton təşkil edir.

Müəssisədə avtomobil, aviasiya, dəmir yolu və su nəqliyyatı üçün yanacaq, eləcə də sürtkü yağlarının komponentləri, bitum, koks və neft-kimya məhsulları istehsal olunur.

Ukraynanın Budanova yaxın “Ukraine Context” teleqram kanalının iddiasına görə, Kiyev tərəfdaşlarına verdiyi vədə uyğun olaraq iki həftə ərzində Rusiyanın neft emalı zavodlarına hücumlardan çəkinib, lakin bundan sonra fasiləni davam etdirmək niyyətində deyil.

Check Also

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir. Boyukmillet.com …