Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Auditorlar Palatası siyasi partiyalara müraciət edib

Azərbaycan Auditorlar Palatası bir sıra kommersiya və qeyri-kommersiya qurumlarına, o cümlədən siyasi partiyalara 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının hazırlanması ilə bağlı çağırış edib.
“Report”un xəbərinə görə, Palata ölkədə həyata keçirilən iqtisadi islahatların mühüm istiqaməti olan şəffaflığın artırılmasında siyasi partiyaları fəal iştirak etməyə və bu məqsədlə müstəqil auditorların xidmətlərin istifadə etməyə çağırır.
Auditorlar Palatası bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və müvafiq dəstək göstərməyə hazır olduğunu bəyan edib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, siyasi partiyalar 2016-cı il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü auditor rəyi təsdiq etməlidir.
Qeyd edək ki, qanunvericilikdə tələb olunan qaydada auditdən keçməməyə görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə (vəzifəli şəxslər 3 yüz manatdan 6 yüz manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2 min beş yüz manatadək məbləğdə cərimə edilir) inzibati məsuliyyətə cəlb olunma nəzərdə tutulub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir