Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanıldı

Ermənistanın “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan yenidən saxlanılıb.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Karapetyanı evinin arxa qapısından aparıblar.

Qeyd edək ki, noyabrın 4-də səhər saatlarından etibarən Samvel Karapetyanın və “Güclü Ermənistan” parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparılıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirilir.

Check Also

Müctəba Xamenei ABŞ-ı yenidən təhdid edib

ABŞ-ın hücumu təkrarlanacağı təqdirdə, İranın cavabı daha geniş ölçüdə olacaq. Bu barədə İranın Ali Rəhbəri …