Bazar ertəsi , 2 Noyabr 2026
Drone Cameras

Müəllim vakansiyaları üzrə işə qəbul elan edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış müvəqqəti vakant yerlərin kadr təminatının həyata keçirilməsi məqsədilə müəllimlərin işə qəbulu elan edilir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, işə qəbul Azərbaycan dili və ədəbiyyat (Azərbaycan bölməsi), Riyaziyyat (Azərbaycan bölməsi), İngilis dili (Azərbaycan bölməsi), İbtidai sinif (Azərbaycan bölməsi) fənlər üzrə elan edilib.

Qeyd edilib ki, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edərək Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə 70 faizdən, ibtidai sinif üzrə isə 80 faizdən yüksək nəticə göstərmiş namizədlər qəbul prosesində iştirak etmək üçün müraciət edə bilərlər.

“Namizədlər müraciət zamanı şəxsiyyət vəsiqəsini və müvafiq ixtisas üzrə sənədi (diplom) təqdim etməlidirlər.

Tələblərə cavab verən namizədlər 2 noyabr 2026-cı il tarixindən etibarən saat 11:00-dan 17:00-dək müvafiq sənədlərlə BŞTİ-yə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.

Check Also

Geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat veriləcək?

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə …