Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

DSMF-nin növbəti il üçün gəlir və xərcləri AÇIQLANDI

Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlirləri 9 220 500 000,0 manat proqnozlaşdırılıb.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il üzrə xərcləri 9 272 540 000,0 manat məbləğində olacaq.

Dövlət sosial müdafiə fondunun 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə 52 040 000,0 manat yönəldiləcək.

Check Also

Azərbaycanda uşağın doğulmasına görə ödəniləcək məbləğ 1500 manat olur

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır.  Bu, Milli Məclisin İqtisadi siyasət, …