Cümə , 6 Noyabr 2026
Drone Cameras

Rayonun işğalından sonra doğulan uşaqlara “məcburi köçkün” vəsiqəsi veriləcək

Atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyni işğal olunmuş rayon (şəhər) üzrə daimi yaşayış yeri qeydiyyatında olan uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə veriləcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, bu status rayonun işğalından sonra doğulmuş uşaqlara şamil ediləcək. Xidməti işi və qanunvericiliklə müəyyən edilmiş digər hallarla əlaqədar başqa şəhər və rayonlarda daimi qeydiyyata düşmüş valideynlərin uşaqları isə bu qaydadan istisnadır.

Check Also

Fatmayıda yaşayış evində partlayış baş verib, 2 nəfər xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndində fərdi yaşayış evində …