Cümə , 6 Noyabr 2026
Drone Cameras

Dərmanların ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi qaydaları hazırlanır

Dərman vasitələrinin ambulator şəraitdə müalicə alan xəstələrə verilməsi üçün qaydalar hazırlanır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

“Dərman vasitələrinin gələcəkdə aptek təşkilatlarından təmininin təşkil olunması üçün qaydalar təsdiq olunduqdan sonra növbəti ildən bunu təmin etməyi bacaracaqlar”, – deyə Rasim İsmayılov qeyd edib.

Check Also

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə …