“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq.
Boyukmillet.com xəbər verir ki, o, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib.
Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.
Sahibkar qeyd edib ki, belə bir inkişaf Yer kürəsinin iqtisadi sistemini köklü şəkildə dəyişdirəcək. Onun fikrincə, gələcəkdə ənənəvi pul sistemi öz əhəmiyyətini itirə, valyutanın dəyəri isə kütlə və enerji kimi fiziki göstəricilərlə ölçülə bilər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

