Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Simonyan: Ermənistan Rusiyanın İttifaq Dövlətinə qoşulmayacaq

Ermənistan Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmayacaq.

Boyukmillet.com xəbər verir ki, bunu İkinci Dünya Erməni Sammitində çıxışı zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

“Ermənistan Respublikasını niyə Rusiya-Ukrayna müharibəsinin qurbanına çevirməliyəm? Bunun nə mənası var? Mən bununla razı deyiləm. Düşünürəm ki, burada heç kim Rusiya ilə Ukrayna müharibə apardığına görə ölkəmizin gedib özünü oda atmalı olduğu fikri ilə razılaşmaz”, – deyə o bildirib.

Simonyan Ermənistanın kiçik ölkə olduğunu və mövcud geosiyasi reallıqları nəzərə almağa məcbur qaldığını vurğulayıb. Bununla belə, onun sözlərinə görə, bu, ölkənin öz mövcudluq və təhlükəsizlik hüququndan imtina etməsi demək deyil.

O, Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmasını istəyənlərə münasibətini də sərt ifadə edib:

“Ermənistanın Rusiya və Belarusun İttifaq Dövlətinə daxil olmalı olduğunu düşünən insanı rüsvayçı hesab edirəm. Mən bu ideyanın düşməniyəm. Belə bir şey ola bilməz”, – deyə Simonyan bildirib.

Check Also

Trampı öldürməklə hədələyən şəxs saxlanılıb

ABŞ Məxfi Xidmətinin əməkdaşları Prezident Donald Trampı öldürməklə hədələyən Venesuela vətəndaşını Ağ Evin yaxınlığında saxlayıblar.Boyukmillet.com …