Şənbə , 7 Noyabr 2026
Drone Cameras

Bakı metrosu gücləndirilmiş rejimə keçir

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; “İçərişəhər–Həzi Aslanov” və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Bənövşəyi xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, Yaşıl xətdə isə mövcud qrafik saxlanılacaq.

Check Also

Evlərimizdəki kompüterlər də dövlətin nəzarətinə keçir? Rəqəmsal uçot, yoxsa yeni nəzarət mexanizmi?

MİRAGA QAFAROV Boyukmillet.com Azərbaycanda 2027-ci il yanvarın 1-dən ev təsərrüfatlarında kompüterlərin, noutbukların, planşetlərin və internetə …