Çərşənbə , 11 Noyabr 2026
Drone Cameras

Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırıb

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetə qarşı impiçment təşəbbüsünün uğursuzluğundan sonra demokratları bu cür cəhdlərə son qoymağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.

O, respublikaçıların Heqsetə dəstək verdiyini vurğulayaraq demokratların ABŞ-yə zərər vurduğunu iddia edib və onların dayandırılmalı olduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası konqresmen Tomas Massinin Heqsetə qarşı impiçment qətnaməsinin Məhkəmə Komitəsinə göndərilməsi təklifini 204 səslə qəbul edib. Bununla da impiçment təşəbbüsünün növbəti Konqres sessiyasınadək irəliləməsinin qarşısı alınıb.

Massi Pentaqon rəhbərini Konqresin razılığı olmadan İrana qarşı müharibə aparmaqda və səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Check Also

Moskva və Kiyev Əbu-Dabidəki danışıqlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

ABŞ, Ukrayna və Rusiyanın BƏƏ-dəki üçtərəfli danışıqlarının ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda genişmiqyaslı əsir …