Çərşənbə , 18 Noyabr 2026
Drone Cameras

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Rusiyanın “Azimuth Airlines” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə səfər edən sərnişin təyyarəsində bomba olması barədə xəbərdarlıq edilib.

Boyukmillet.com xəbər verir ki, “Sukhoi Superjet 100” tipli, “RA-89120” qeydiyyat nömrəli təyyarədə 65 sərnişin və 4 ekipaj üzvü olub.

Xəbərdarlıqdan sonra təyyarə təhlükəsizlik tədbirləri görülməklə Antalya hava limanına enib.

Təyyarə təhlükəsiz əraziyə çəkildikdən sonra bomba mütəxəssisləri tərəfindən axtarış aparılması nəzərdə tutulub.

Check Also

Türkiyədə yaşamaq istəyənlərə ŞAD XƏBƏR – Ərdoğan RƏSMƏN TƏSDİQLƏDİ

Türkiyəyə investisiya qoyan əcnəbilər üçün yaşama icazəsi tələbləri yenilənib. Boyukmillet.com xəbər verir ki, prezident Rəcəb …