Avropa Komissiyası (AK) Rusiyaya qarşı 22-ci sanksiya paketinin layihəsinə rusiyalı idmançılar üçün vizaların qadağan edilməsi təklifini daxil edəcək.
Boyukmillet.com xəbər verir ki, məlumatı Polşanın Baş naziri Donald Tusk açıqlayıb: “Avropa Komissiyası növbəti sanksiya paketinin layihəsini hazırlayıb. Layihəyə həmçinin rusiyalı idmançılar üçün vizaların qadağan edilməsi təklifi də daxil olacaq”.
Tuskun açıqlamasını Baş nazirin ofisi yayımlayıb. O, əlavə edib ki, layihənin təfərrüatlarını açıqlamaq üçün “hazırda səlahiyyəti yoxdur”.
Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketi layihəsini noyabr ayının sonuna qədər təqdim edəcəyinə və ilin sonuna qədər qəbul ediləcəyinə söz verib. Daha əvvəl, Aİ-nin idman, mədəniyyət və gənclər siyasətinə nəzarət edən Avropa Komissarı Qlenn Mikallef X-də yazıb ki, AK 2027-ci ildən etibarən Rusiya nümayəndələrinin iştirakı ilə Rusiya bayrağı altında keçiriləcək idman tədbirləri üçün Erasmus+ proqramı çərçivəsində maliyyələşdirməni dayandıracaq.
Boyukmillet.com Biz yanmasaq vətən yanar

