Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Səddam Hüseynin istifadə etdiyi təyyarə satışa çıxarılıb

İraqın “Iraqi Airways” dövlət aviaşirkəti keçmiş prezident Səddam Hüseynin istifadə etdiyi “Boeing 747SP” təyyarəsini satışa çıxarıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin veb-saytında elan yerləşdirilib.

Tunis ərazisində saxlanılan təyyarənin ilkin satış qiyməti 900 min dollar müəyyən edilib.

Bununla yanaşı, 330 sərnişin tutumuna malik “Boeing 747-200” təyyarəsi də eyni qiymətə satışa çıxarılıb. Hər iki təyyarə 1982-ci ildə istehsal olunub.

Məlumata görə, potensial alıcıların təklifləri dekabrın 21-dən yanvarın 5-dək qəbul ediləcək. Təyyarələr mövcud vəziyyətdə, texniki zəmanət verilmədən satılacaq. Daşınma, gömrük, hüquqi rəsmiləşdirmə və təmir xərcləri alıcının üzərinə düşəcək.

Təyyarələr 1991-ci ildə mümkün hava hücumlarından qorunmaq məqsədilə İraqdan çıxarılaraq Tunisə aparılıb və o vaxtdan Tozeur-Nefta Beynəlxalq Hava Limanında saxlanılır.

Check Also

Paşinyan Köçəryan və Serj Sarqsyanı Ermənistanı talamaqda ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan sabiq prezidentlər – Robert Köçəryan və Serj Sarqsyanı “Böyük Ermənistan” …