Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Ərdoğan geri addım atmasa…” – Qiyamçı Haftar türk lideri hədələdi

“Cenevrə danışıqları nəticə verməsə, liviyalıları Türkiyənin hücumlarından qorumağa hazırıq”.

Boyukmillet.com xəbər verir ki, bunu Rusiyada səfərdə olan qiyamçı Liviya Milli Ordusunun komandanı, general Xəlifə Haftar deyib.

“Əvvəl də dediyimiz kimi, Ərdoğan və Sərracın atəşkəs rejimini müntəzəm pozması və Berlin konfransında götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən səbrimiz tükənməkdədir. Silahlı qüvvələr Tripolidəki vəziyyəti qiymətləndirir, beynəlxalq tərəflərlə əlaqə saxlayır və bütün variantlara hazırdır”, – Haftar bildirib.

Qiyamçı general Liviyanın legitim Milli Sülh Hökumətinə dəstək verən türk ordusunu “işğalçı” adlandırıb:

“Cenevrədəki danışıqlar nəticə verməsə, muzdlular gəldikləri yerə geri qaytarılmasa, silahlı qüvvələr Liviyanı Türk-Osmanlı işğalçılarından qorumaq üçün öz vəzifələrini yerinə yetirəcək”.   /Teleqraf.com/

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …