Bazar , 28 Aprel 2024
Drone Cameras

“Milli Məclisdə ilk fürsətdə qurban verilə bilən üzv olacağımı bilirəm”- ERKİN QƏDİRLİ

“Ünvanıma yazılan tənqidləri, hətta söyüşləri, anlayışla qarşılayaraq, çoxlarının nəticə çıxarmağa tələsdiyini bildirməliyəm”.

Boyukmillet.com xəbər verir ki, bunu ReAL Partiyasının sədr müavin, 16 saylı Yasamal İkinci Seçki Dairəsindən lider namizəd Erkin Qədirli sosial şəbəkədə ona ünvanlanan tənqidlərə münasibət bildirərkən deyib.

E.Qədirli deyib ki, hansı riskləri üzərinə götürdüyünü, hansı məsuliyyətin altına girdiyini yaxşı anlayır:

“Bu işdə öz xeyrimi güdmürəm, əksinə, daha çox itirirəm. Onsuz da adımdan başqa heç nəyim yoxdur, adımı xərcləyirəm. Milli Məclisdə ən zəif, dəstəksiz, hər tərəfdən vurula, ilk fürsətdə qurban verilə bilən üzv olacağımı da bilirəm. Bununla belə, ölkəmiz üçün daha uzaq hədəfləri, daha təhlükəli riskləri düşünürəm. Mandatdan imtina etmirəm, çünki məqsədim mandat deyil, heç zaman da olmayıb. Tələsən yerimiz yoxdur. Yaxşı işlər yavaş görülür. Görək hara qədər gedə bilirik”.  

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …