Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı

Rusiya hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək vəzifəli ermənilər öz postlarından azad ediliblər.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet ermənilərə qarşı belə “təmizliyin” yaxın zamanlarda daha genişlənəcəyini bildirib:

“Bu cür qovulmalar Ermənistanda cinayət işi açılması ucbatından Rusiyada olan keçmiş hakimiyyət nümayəndələri arasında ciddi narahatlıq yaradıb. Məsələ odur ki, onlar özlərinin Ermənistana təhvil verilməsi məsələsinin yenidən gündəmə gələcəyindən narahatdırlar. Bu halda bir sıra Rusiya məmurlarının mövqeyinin zəifləməsi ilə yanaşı, onlarla qarşılıqlı əlaqəsi olanların da mövqeyi zəfiləyə bilər”.  /Axar.az/

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …