Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Qarabağ” norveçli hücumçu transfer edir

“Qarabağ” klubu norveçli futbolçu Məhəmməd Keytanı transfer edə bilər. “Report”un “Metro” nəşrinə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçuya cəlbedici müqavilə təklif olunub.

Əslən qambiyalı forvard bu təklif üzündən ABŞ-ın “Minnesota” klubuna keçməkdən imtina edib. Nəticədə amerikalılar Danimarka “Kopenhagen”indən Başkim Kadrii ilə müqavilə bağlayıb.

Keyta VG qəzetinə açıqlamasında adını açıqlamadığı klubla müqavilə şərtlərini razılaşdırdığını bildirib. Futbolçunun 200 min avroluq müqaviləyə imza atdığı bildirilir. Təcrübəli hücumçunun Polşa “Lex”i ilə iyunun sonlarınadək qüvvədə olan müqaviləsi var. Amma o, ötən ay “Lex”ə qayıtmayacağını açıqlayıb. Bu səbəbdən, klubu tərəfindən rekord məbləğdə cəriməyə məruz qalan Keytaya təklif olunub ki, özünə yeni klub tapsın.

Qeyd edək ki, Məhəmməd Keyta əvvəllər Norveçin U-18, U-21 və U-23 yığmalarının formasını geyinib. O, 2008-ci ildən Norveç “Strömqodset”i, 2014-cü ildə Polşa “Lex”i ilə anlaşıb. Keyta son 3 mövsümü icarə əsasında “Stabek” və “Strömqodset” klublarında keçirib.  

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir