Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb

Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərindəki klublararası Avropa çempionatında daha 3 medal qazanıb. “Report”un Azərbaycan Taekovondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə 2 qızıl, 1 gümüş medal əldə olunub. 

“Gilan” klubunun üzvləri Fizam Mehtiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. “Azəri” klubunun nümayəndəsi, 54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, çempionatın ilk 2 gününda Azərbaycan idmançıları ümumilikə 6 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıblar.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir