Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qayınata oğlunu öldürməkdə təqsirləndirilən gəlinini bağışlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Vüqar Kərimovun hüquqi varisi, onun atası Safa Kərimov çıxış edib.

O, təqsirləndirilən şəxsi bağışladığını bildirib: “Nuridə mənim gəlinimdir. Onun günahından keçmənizi istəyirəm. Gəlinimi bağışlayıram, bir iş idi oldu. Onun bir uşağı var. Bağışlayıram Nuridəni”.

Daha sonra S.Kərimov şikayətçi olmadığı barədə məhkəməyə yazılı ərizə verib.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilb.

Qeyd edək ki, ötən ilin iyulun 23-də Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı Nuridə Kərimova tutulub.

Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

Hadisədən dərhal sonra evə gələn qonşular təcili tibbi yardıma müraciət etsələr də, artıq gec olub. Cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.

N.Kərimova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir