Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi

“YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik edilib.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.

Check Also

Tahir Budaqovun “qəza enişi” və MSK sədrliyi uğrunda gedən mübarizə… – NƏ BAŞ VERİR?

Hakim partiyada ikinci adam olan Tahir Budaqovun gözlənilmədən Dövlət Statistika Komitəsi sədrliyindən başçı səviyyəsinə endirilməsi …