Cümə , 2 May 2025
Drone Cameras

İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı

İran Səhiyyə Nazirliyi koronavirusla əlaqədar yeni məlumat yayıb.

İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə 19 nəfərin koronavirusdan öldüyünü bildirib.

Onun sözlərinə görə, İranda 44 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus diaqnozu qoyulanların sayı 139 nəfərə çatıb. 

K.Cahanpur deyib ki, hazırda ölkə ərazisində 1 383 nəfər koronavirusa yoluxmaqda şübhəli bilinir. 

Check Also

Türkiyə səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı föqəladə və səlahiyyətli səfiri Birol Akgün Mətbuat Şurasında olub. Boyukmillet.com xəbər verir ki, …