Bakıda 15 mənzilin su sayğacını oğurlayan şəxslər tutulub.
“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-dan cari il fevralın 9-dək olan müddətdə paytaxt ərazisindəki 15 evin həyətindən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Mahir Bayturayev və Fuad Mustafayev tutulublar.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
