Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

600 kq mənşəyi məlum olmayan ət müsadirə edilib

Sabirabad rayonunda mənşəyi məlum olmayan ət aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, fevralın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.

Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

Check Also

TRT-nin Güney Azərbaycana yalnışı

Bu gün Türkiyənin rəsmi dövlət kanalı olan TRT Güney Azərbaycanın qədim və böyük şəhərlərindən biri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir