Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanın yeniyetmə və gənc taekvandoçuları Türkiyədəki beynəlxalq turnirdə 7 medal qazanıblar

Azərbaycanın taekvando üzrə milli komandasının üzvləri Türkiyədə keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək 1-i qızıl, 3-ü gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə yeddi medal qazanıblar. Bu uğura komandamız Antalyada keçirilən taekvando üzrə “Turkish Open” beynəlxalq turnirində nail olub.

AZƏRTAC xəbər verir ki, yeniyetmələrdən ibarət yığmamızın idmançıları – 37 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Məmmədova gümüş, Pərviz İsgəndərov (45 kq) isə bürünc medala sahib olublar.

Dayanq üzərinə çıxmış taekvando üzrə gənclərdən ibarət yığmamızın üzvlərindən Ayaz Qənbərli (51 kq) bütün rəqiblərini yarışdan kənarlaşdıraraq komandamızın aktivinə qızıl medal əlavə edib. Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (78 kq) isə finalda məğlubiyyətlə üzləşərək gümüş medalla kifayətləniblər. Minayə Əkbərova (42) və Sevda Pirseyidova (44 kq) turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, “G-2” kateqoriyalı “Turkish Open” beynəlxalq turnirində yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız tam heyətlə təmsil olunur.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir