Sumqayıtda ötən əsrin 50-ci illərində tikilən binalar söküləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilib.Qeyd olunub ki, şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək.Bununla yanaşı vurğulanıb ki, hər birinin 10 mindən çox əhalisi olan Corat qəsəbəsi və “St.Sumqayıt” yaşayış massivi ərazisində yeni uşaq bağçaları tikiləcək, həmçinin mövcud uşaq bağçaları, məktəblər, mədəniyyət və səhiyyə ocaqları, idman qurğuları əsaslı təmir olunacaq. /APA
Check Also
FHN yağıntılı havaya görə əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) yağıntılı hava şəraitinə görə əhaliyə müraciət edib. Bu barədə FHN-dən məlumat …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
