“Kimsə ilə müharibəyə girmək niyyətimiz yoxdur”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
TASS agentliyinə açıqlama verən prezident Türkiyə Silahlı Qüvvələrinin Suriyada 34 şəhid verməsi və Suriyada artan gərginlik haqqında danışıb. O bildirib ki, digər ölkələri rəsmi Moskva ilə ixtilafa girməkdən yayındırmaq istəyir.
Qeyd edək ki, Suriyanın İdlib şəhərində 34 türk əsgərinin Əsəd rejiminin hava hücumları nəticəsində şəhid olmasından sonra bölgədə gərginlik pik həddə çatıb. TSQ bu hücumlara cavab olaraq “Bahar qalxanı” hərbi əməliyyatına start verib. Bəşər Əsəd rejiminə bölgədə İran və Ruiya dəstək verir. Rejimin quru qoşunları vəzifəsini İran İnqilab Keşikçiləri Korpusunun əmrliyindəki xarici terrorçu qruplaşmalar yerinə yetirir. Bölgənin hava məkanına isə Rusiya Hərbi Hava Qüvvələri nəzarət edir.
Hazırda “Bahar qalxanı” çərçivəsində 2 minə qədər rejim ünsürü zərərsizləşdirilib. Çox sayda hərbi texnika və silah anbarları məhv edilib.
Martın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putinin görüşü gözlənilir. /Publika.az/