Bazar , 22 Dekabr 2024
Drone Cameras

Kolumbiya: 50 illik müharibə sülhlə başa çatdı

Kolumbiya prezidenti Xuan Manuel Santos və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) adlandırılan üsyançı qruplaşmanın başçısı Rodriqo Londonyo Eçeverri ölkədə vətəndaş müharibəsinin başa çatması və sülhün bəyan olunması barədə sazişə imza atıblar. Saziş patrondan hazırlanmış qələmlə imzalanıb.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Kartaxena şəhərində keçirilən təntənəli mərasimdə minlərlə insan, o cümlədən Latın Amerikasında yerləşən 15 dövlətin başçısı və BMT nümayəndələri iştirak ediblər.

Sənəd FARC qruplaşmasının silahları yerə qoymasını, keçmiş partizanların işi üzrə xüsusi qanun sisteminin yaradılmasını və hökumət tərəfindən torpaq islahatlarının aparılmasını nəzərdə tutur.

Kartaxenada baş tutan tarixi mərasim yarım əsirə yaxın davam edən və on minlərlə insanın ölümünə səbəb olan münaqişəyə son qoyub. Münaqişə nəticəsində zərər görən bütün insanlardan səmimi üzr istəyən FARC qruplaşmasının lideri Rodriqo Londonyo Eçeverri bundan sonra siyasi baxışlarını silahsız müdafiə edəcəyinə söz verib.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir