Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Sumqayıt şəhərinin gəncləri arasında peyntbol çempionatı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Fərid Salahovun fərdi layihəsi əsasında Sumqayıt şəhərinin gəncləri arasında peyntbol idman növü üzrə çempionat keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatda Sumqayıt şəhərində fəaliyyət göstərən hökumət və qeyri-hökumət təşkilatlarını təmsil edən komandalar iştirak edə bilərlər. Turnirdə iştirak üçün yaş həddi 18-29 yaşdır. Turnir 8 komandanı əhatə edəcək. Komandaların seçimi təşkilat komitəsi tərəfindən aparılacaq.

Çempionatın keçirilməsində məqsəd Sumqayıt gəncləri arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, onların fiziki hazırlığını yüksəltmək, peyntbol idman növünə marağın artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkildir.

Püşkatma mərasimi oktyabrın 1-də keçiriləcək. Çempionatda iştirak etmək istəyənlər sentyabrın 30-dək “Sağlam Düşüncə” Gənclər Təşkilatının ofisinə və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinə müraciət edə bilərlər.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir