Rusdilli sosial şəbəkələrdə erməni təbliğatının qurbanı, erməni təbliğat maşınına “əyləşən və azaraq” Azərbaycanın işğal olunmuş ərazilərinə səfərə çıxan rusiyalı turist Yelena Şkalovanın yazısı populyarlıq qazanıb.
Boyukmillet.com xəbər verir ki, onun statusunda bildirilir ki, Bombeyin xarabalıqları işğal olunmuş ərazilərdən daha təhlükəsizdir. Və yerli əhali üçün əsas gəlir mənbəyi fahişəlikdir – qadın, kişi və ən dəhşətlisi uşaq fahişəliyi.
“Vazqeşi soyadı daşıyan əmiqızları bildirirlər ki, onların qızları 12 yaşından bəri Şuşada müştərilərə baş çəkirlər. Onlar öz xidmətlərini turistlərə 50 dollardan başlayaraq təklif edirlər, oğlanların qiyməti isə 100 dollardır. Anacan, bu ki bizim əsrdə rəsmən pedofiliyadır”, – deyə Şkalova yazır.
Bu yerdə işğalçı rejimi tamhüquqlu dövlət quruluşu kimi təqdim etməyə çalışanlara dərhal bir sual vermək istərdim. Yaxşı cənablar, siz boğazınızı niyə bu qədər yırtırsınız? Yoxsa Ermənistan xüsusi xidmət orqanlarının əlində sizin yetkinlik yaşına çatmayan seks-kölələrlə eyş-işrət çəkməyinizlə bağlı kadrlar var? Hansı ki, sizə karyeranızı itirmək bahasına başa gələcək?
“Yetkin fahişələr yalnız əsgərlərə xidmət edirlər. Adətən, sadəcə ərzaq məhsulları üçün. Səhər tezdən tez-tez kazarmaların qarşısında dayanırlar. Necə lazımdırsa, bəslənirlər. Əgər Ermənistandan hamı bizə tərəf gəlsə, o zaman Qarabağın özü ilə nə etmək lazımdır? Qanunlar, qazanc yox, heç nə yox. Hər şey satılır, yeyilir, nəyisə gözləyirlər. Yəqin ki, “cənnət” təbiəti getməyə imkan vermir. Yay aylarında ancaq gavalı və tut arağının arxasınca qaçır, pedofil turistlər tərəfindən bombalanır və növbəti yayı gözləyirlər. Bir neçə il əvvəl müharibə qısa oldu, yenə hər şey çemodanlarda idi. Heç kim ölmək istəmir, odur ki, onların hamısını Rezinovada (Moskva nəzərdə tutulur) və dairəvi yollarda gözləyin. Hərçənd ki, eskort xidmətləri sahəsində bu təcrübə ilə onların yeri yalnız Avropadadır…” – Yelena Şkalovanın yazısında bildirilir. (teleqraf.com)