Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türk ordusundan ağır zərbə: Əsədin 5-ci generalı məhv edildi

Türkiyənin İdlibə endirdiyi aviazərbələr nəticəsində Suriya ordusunun general-mayoru Ramazan Yusif məhv edilib.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı Suriya KİV-ləri yayıb. Öldürülən generalın Suriya ordusunun 9-cu diviziyasının komandiri və Hərbi Təhlükəsizlik Komitəsinin rəhbəri olduğu vurğulanıb.

Qeyd edək ki, İdlibdə vəziyyət gərginləşəndən bu yana Əsəd rejiminin 4 generalı Türkiyə tərəfindən məhv edilmişdi. Bu generallar Burxan Rəhman, İsmayıl Əli, Adnan əl-Masxara və Mahmud Batix Mbesmir olublar. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …