Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Bu barədə Reuters agentliyi yerli polis orqanlarına istinadla məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə Bağdadın şərqindəki əl-Djadida rayonunda baş verib.

Hazırda bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından heç biri partlayışın məsuliyyətini öz üzərinə götürməyib.

İraqın Al Sumaria telekanalı, həmçinin paytaxtın cənubunda ikinci partlayışın baş verdiyini, ölən və yaralananların olduğunu bildirib.

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir