Cümə axşamı , 5 Dekabr 2024
Drone Cameras

Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq

Sentyabrın 29-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi yolları müzakirə olunacaq.

İSİM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə tütünlə mübarizəyə dair qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupunun (TMQ) yaradılması nəzərdə tutulub. TMQ tütünlə mübarizə haqqında Dünya Səhiyyə Təşkilatının (DST) Çərçivə Konvensiyasına dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcək.

TMQ “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə Səhiyyə Nazirliyinin nəzdində təşkil edilmiş İcra və Əlaqələndirmə Qrupu, İSİM, aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət olacaq. Məqsəd Azərbaycanda hökumət və vətəndaş cəmiyyəti ilə birgə tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyini gücləndirmək, tütün məmulatlarının reklamına, satışının stimullaşdırılmasına və sponsorluğuna qarşı tam qadağanedici tədbirləri tətbiq etmək, eyni zamanda, tütün tüstüsündən azad ictimai yerlər yaratmaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün qüvvədə olan milli qanunvericiliyin tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konvensiyasının 8-ci və 13-cü maddələrinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması, vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur.

Tütünlə mübarizə haqqında DST-nin Çərçivə Konvensiyası tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Azərbaycan 2005-ci ildə bu Konvensiyaya qoşulub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir