Cümə axşamı , 9 Aprel 2026
Drone Cameras

ŞOK İDDİA: Əsədin QİSAS PLANI üzə çıxdı – Muzdlu silahlılar Türkiyəyə qarşı…

Suriya prezidenti Bəşər Əsədin tabeliyində olan muzdlu hərbçilər Xəlifə Haftarın tərəfində vuruşmaq üçün Liviyaya gəliblər.

Boyukmilet.com axar.az-a istinadla xəbər verir ki, bu barədə fransız nəşri “Le Monde” məlumat yayıb.

Bildirilib ki, birləşmiş qüvvələr Liviya Milli Birlik Hökumətinə qarşı döyüşəcəklər.

Xəbərdə Haftarın BƏƏ, Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən dəstəkləndiyi də vurğulanıb.

Qeyd edək ki, Milli Birlik Hökumətinə Türkiyə dəstək verir. Bu məqsədlə Ankara bölgəyə hərbçilər və texnikalar göndərib.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …