Qadın hərəkatının fəallarından olan, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı öz facebook səhifəsində feministlərin son aksiyasıyla bağlı paylaşım edib
Boyukmillet.com həmin paylaşımı olduğu kimi təqdim edir:
Baxın, Nərminkimilər yenə milli dəyərlərimizi aşındırmaq üçün cəhd etməkdədirlər.
Qadın QHT-ləri rəhbərləri vacibdir ki, ciddi maariflənmə işlərini çoxaltmalı, hər yerdə ölkəmizdə qadınlar üçün yaradılan və dövlət qayğısı ilə əhatə olunan şəraitlərdən geniş söhbətlər edərək təbliğat aparmalıdırlar.
Cəmiyyətə izah edilməlidir ki, “Feminizm hərəkatı” deyilən bu hərəkat , təxribatdan başqa bir şey deyil. Cəmiyyətimizdə qadınlar azaddır və istənilən sahədə öz potensiallarını göstərə və asanlıqla həyata keçirə bilirlər.
Nərminkimilərə uymamalı , cəmiyyətimiz bir qədər öncə Nərmin Şahmarzadənin ,
Milli Qəhrəmanımız Mübariz İbrahimovu qatil adlandıraraq , şəhidlərimizi necə təhqir
etdiyinin şahidi olmuşuq.
Qeyd edim ki, onun barəsində “gəncdir, günahını bilib düzəliş edər” deyə qəti imkan tədbirini İNZİBATİ CƏZA ilə əvəz olunub.Əslində indi verilən cəzanı icra etməli olduğu halda, yenə məkrli niyyətlərindən əl çəkə bilmir. Deyəsən hələ də “AĞILLAŞMAYIB” ölkəyə , xalqa qarşı özünü ” çox istəyən” kimi göstərib havadarları ilə təxribatlar etmək fikrinə düşmüşdür.
Ona görə də , ictimaiyyətdə olan hər kəs belə hallara cox ciddi yanaşaraq qarşısını almalı və maariflənmə işlərini gücləndirərək cəmiyyətdə güclü və təxirəsalınmaz təbliğat aparmalıdırlar.
Azərbaycan qadını isməti, əxlaqı, ləyaqəti, qayğıkeşliyi, dəyanəti, qəhrəmanlığı,sədaqəti
ilə digər xalqların qadınlarından fərqli olublar və bu gün də qadın şiddəti deyilən bir məfhum bizim ölkədə yoxdur,
Qadınlarımız, müəllimdir, həkimdir , sahibkardır, mühəndisdir, modelyerdir, vizajistdir, bərbərdir, ustadır ,alimdir, akademikdir, şərqşünasdır, jurnalistdir, müğənnidir və s.. yəni öz sevdiyi və bacardığı bütün potensialını istədiyi sahədə, istədiyi formada göstərə biləcək şəraiti olan, VƏTƏNDAŞ OLARAQ YAŞAMAQDADIRLAR.