Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Almaniyada koronavirusa yoluxanların sayı 1100 nəfəri ötdü

Almaniyada koronavirusa yoluxmanın təsdiq edilmiş hallarının sayı 1 139-a çatıb.

Boyukmillet.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkədə xəstəliyin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, yeddi saat ərzində – (yerli vaxtla) saat 8:00-dən 15:00-ə qədər koronavirusa yoluxanların sayı 27 nəfər artıb. Bu, martın 4-dən indiyə kimi ən aşağı göstəricidir.

İnfeksiyaya yoluxanların demək olar, yarısı (484 nəfər) Şimali Reyn-Vestfaliya ərazisində yaşayır. Virusa yoluxma ilə bağlı 100-dən çox hal Bavariyada və Baden-Vürtemberqdə (204) qeydə alınıb. Bununla yanaşı, Berlində, Aşağı Saksoniyada, Qessendə, Reynland-Pfalsedə, Vamburqda və Saksoniyada da virusa yoluxanlar var. Qalan regionlarda virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 10-u ötmür.

Virus Saksoniya-Anxalt istisna olmaqla, Almaniyanın bütün regionlarında yayılıb. 

Qeyd edək ki, daha əvvəl Haynsberq dairəsinin (Şimali Reyn-Vestfaliya federal ərazisi) sakini koronavirusdan ölüb.

Koronavirusun yayıldığı ölkələrin sayı 100-ə çatıb. Son məlumata görə, Bruney krallığında da koronavirus infeksiyası aşkarlanıb.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …