Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Türklük dərslə deyil, qanla keçir

Bəzi şəxslər çıxıb deyir ki, mən Türk deyiləm, Azərbaycanlıyam. Elə bilirsiniz onlar tarixi bilmir və Azərbaycanlıların azsaylı xalqlarından başqa digər böyük bir hissəsinin Türk olduğunu bilmirlər? Xeyir, onlar çox yaxşı bilir, çoxumuz da bilirik.

Tarixçıləri də Arif Rəhimzadəyə və hansısa akademikə görə yormayın. Hər dəfə mənşəyi bəlli olmayanlardan biri çıxıb deyəcək ki, biz türk deyilik, tarixçılər də düşəcək ortaya ki, yox biz türkük və onlara türklük dərsi keçəcək?

Dərs bir dəfə keçilir, bunar orta məktəbdə, Universitetdə, Akademiyada hələ bunları öyrənə bilmədisə demək ki, dərs, kitab fayda vermir. Bəzi şeylər kitabla, elmlə keçmir, qanla keçir. Dərs verməklə deyil ki. İnsan ancaq lazım olan informasiyanı alır. Biri kitabdan, biri genetik kodlarından. Türk olmayanı tarix kitabları oxumaqla türk edə bilməzsiniz, çünki edən etməyib. Adam aksiomanı qəbul etmirsə demək ki, Türk deyil. Deyil ki, qəbul etmir. Məcbur deyil ki.

Əgər Arif Rəmimzadə Türk deyilsə, çox da incitməyin. Ölkəmizdə azsaylı xalqlar yaşayır, biz hər kəsi sevirik. Amma Arif Rəhimzadə nədənsə Türkləri sevmir. Hələ özünə akademik deyən Çingiz Qacar adlı şəxs də Arif cənablarından ilhamlanıb biraz da irəliyə gedərək deyib ki, “ən böyük düşmənimiz Türklərdir”. Türklər heç kimi düşmən saymır, Türkləri düşmən kimi qəbul edən yalnız ermənilərdir. İndi siz kimlərdənsiz ki, Türkləri düşmən qəbul edirsiz?

Əgər milliyətinizi deyə bilmirsinizsə, ümumən Azərbaycanlı adı altında bizi də öz çöplüyünə sürükləməyin. Burda ayıb bir şey yoxdu ki, Azərbaycanda insanlar heç vaxt başqa millətlərə qarşı aqressiv olmayib axı. Tarix boyu birlikdə yaşamışıq və yaşayırıq. Hətta o qədər tolerantıq ki, hələ də qoynumuzda 1000 lərlə erməni yaşayır, bir adam da güldən ağır söz demir onlara. Hələ üstəlik, yeni gələnləri də yaxşı qarşılayırıq. İndi siz desəniz ki, biz erməni, ya da rusuq sizə kimsə nəsə deyəcək ki? Sadəcə yüz dəfə çırpınıb bizi Türklükdən çıxarmağa çalışmaqdansa, bir dəfə öz milliyətinizi açıqlayın, biz də bilək siz kimsiniz. Bu qədər tolerant olduğumuz və bütün millətlərlə bir arada əl-ələ yaşadığımız halda bu Arif Rəhimzadə və akademik olduğunu deyən, Qacar nəslinin nümayəndəsi niyə Türklərə qarşı belə agressivdi?

Vacib məsələ onların bu açıqlamanı verməsi deyil, vacib məsələ niyə ard-arda belə açıqlamalar gəlir? İndiyə qədər bu haqda danışmayan riyaziyyatçı “akademik”, tarixçi olmayan, ədəbiyyatçı olmayan, ümümiyyətlə məclisdə nə etdiyi bilinməyən Arif Rəhimzadə niyə indi bu açıqlamanı verib, burnu girməyən yerə başını soxmağa çalışır ki? Nə olub bunlara, bunu tapmaq lazımdır? Yoxsa bizə nə Arifin, Məmmədin, Həsənin milliyətindən?

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir