Bazar , 11 İyun 2023

Ərdoğan: “Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yardılmasını müzakirə etdik”

Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.

“Görüşlərdə Qara dəniz iqtisadi işbirliyi mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçlü işbirliyi mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk”, deyə Ərdoğan bildirib.

Check Also

ÜST: “Son 1 ayda koronavirusa yoluxma halları kəskin azalıb”

Mayın 8-dən iyunun 4-dək dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub, 10,4 mindən çox insan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir