Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Azərbaycan ictimaiyyəti Türkiyənin yanındadır

Martın 1-də Türkiyə ilə Hollandiya arasında siyasi gərginlik baş vermişdir. Hollandiya hökuməti Türkiyə dövlətinin rəsmilərinə və vətəndaşlarına qarşı diplomatik rəzalətə imza atmışdır. Məsələ ilə bağlı Beynəlxalq Diaspor Mərkəzinin sədri dr. İsmayıl Ağayev böyükmillet.com-a açıqlamasında Hollandiya rəsmi dairələrinin bu addımını beynəlxalq diplomatik qaydaların kobud şəkildə pozulması kimi qiymətləndirmişdir. O, açıqlamasında bildirib: “Məlum olduğu kimi Hollandiya dünyanın diplomatiya tarixində görünməmiş rəzalətə yol açmışdır. Özünü “demokratiyanın beşiyi” adlandıran Hollandiyada anti-türk əhval-ruhiyyəsinin güclənməsi, milli və dini ayrıseçkilik siyasətinin aparılması bizi də ciddi narahat etməkdədir. Hər addımbaşı Azərbaycana da demokratiya dərsi keçməyə çalışan Avropada insan haqqlarının pozulması, irqçilik  meyllərinin güclənməsi hər gün yeni müstəviyə qədəm qoyur. Türkiyəyə və Türkiyə rəsmilərinə qarşı Hollandiyanın anti-demokratik, qeyri-insani hərəkətlərini şiddətlə qınayır və daim Azərbaycan ictimaiyyətinin Türkiyənin yanında olduğunu bildirirəm”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir