Cümə axşamı , 2 May 2024
Drone Cameras

Korona niyə “pandemiya” elan edildi?

Xəbər verdiyimiz kimi, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya kimi qəbul edib.

Bəs görəsən pandemiya nədir və nə zaman elan edilir?

Pandemiya yoluxucu xəstəliyin bütün bir ölkəni, eyni zamanda onunla həmsərhəd ölkələri, bəzən bir çox ölkəni bürüməsinə deyilir. Pandemiyanı epidemiyadan fərqləndirən əsas səbəb də elə onun bölgələr və qruplar üzərində coğrafi bir yoluxma olmasıdır. Bu termin bir ölkəyə və ya bütün dünyaya təsir edən xəstəliklər üçün istifadə olunur.

Pandemiya xəstəliyin təhlükəsini deyil, yayılmasının miqyasını təyin edir. Bu səbəbdən yalnız yoluxucu xəstəliklərə bu ad verilir.

Mütəxəssislər xəstəliyin pandemiyaya çevrilməsi üçün onun 3 əlamətinin olmasının kifayət etdiyini bildirirlər. Bunlar yeni virusun yayılması, onun insana keçməsi və bu virusun insandan insana asanlıqla ötürülməsi hallarıdır.

Dünyada pandemiya elan edilən sonuncu xəstəlik isə donuz qripi olub. Bu qrip 2009-cu ildə “pandemiya xəstəliyi” elan edilib.

XX əsrin pandemik qripləri isə 1918-ci ildə dünyada 40-50 milyon insanın ölümünə səbəb olan “İspan qripi”, 2 milyon insanı öldürən 1957-ci ildə “Asiya qripi” və 1968-ci ildə isə 1 milyon insanın ölümünə səbəb olan “Honk Konq qripi” olub. (axar.az)

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …