Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Keçmiş nazirdən devalvasiya təşvişinə REAKSİYA: “Neftin qiyməti 25 dollardan aşağı düşərsə…”

İndiki şəraitdə ölkədə üçüncü devalvasiyanın baş verməsi üçün əsas yoxdur”.

Boyukmillet.com bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında dünya bazarında neftin ucuzlaşması ilə əlaqədar vətəndaşlarda yaranan növbəti devalvasiya narahatlığına münasibət bildirən keçmiş maliyyə naziri Fikrət Yusifov deyib.

Sabiq maliyyə nazirinin sözlərinə görə, neftin ucuzlaşması fonunda cərəyan edən qlobal iqtisadi proseslər heç də manatın devalvasiyasına yol açmır:

“Rusiya və Səudiyyə Ərəbistanı arasında neftin hasilatı ilə bağlı razılaşmanın əldə olunacağına dair gözləntilər xeyli artıb. Bu iki ölkənin razılığa gələcəyi təqdirdə, neftin qiyməti yenidən bahalaşacaq.

Bununla belə, indiki şəraitdə manatın vəziyyəti ilə bağlı konkret fikir bildirmək çox çətindir. Azərbaycan manatı artıq bir neçə ildir, öz sabitliyini qoruyub saxlayır və manatın məzənnəsinin hələ uzun müddət sabit saxlanması üçün hökumətin kifayət qədər imkanları var.

Neftin qiyməti 25 dollardan aşağı düşərsə, o halda narahat olmağa əsas yaranar”.

Check Also

Paşinyan Ermənistanın Azərbaycandan qaz ala biləcəyini istisna etmir

O, qaz xətti Ermənistandan keçərsə, bunun mümkün olduğunu deyir Ermənistanın Baş naziri Nikol Paşinyan sülh …