Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Koronavirusdan ölən necə dəfn olunacaq? – NK-dan AÇIQLAMA

Ötən gün koronavirusdan ölən qadının dəfn mərasimi mütəxəssislərin nəzarəti altında keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan mediapost-un sorğusuna cavab olaraq bildirilib.“Çox güman ki, mərasim qapalı və məhdud şəkildə olacaq. Mərhumun ailə üzvləri dəfndə hansısa şəkildə iştirak edə bilər, amma buraxılıb-buraxılmayacaqları barədə dəqiq məlumat yoxdur. Bu, mütəxəssislərin rəyindən asılıdır. Vəfat edən şəxs çox güman ki, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və digər mütəxəssislərin iştirak etdiyi xüsusi komissiyanın nəzarəti ilə dəfn olunacaq. Dəfn mərasimində vəziyyətə uyğun olaraq mütəxəssislərin rəyinə əməl olunmalıdır. Mərhumun nə vaxt dəfn olunması məsələsi isə qərargahın predmeti deyil”, – məlumatda qeyd olunub.Xatırladaq ki, ötən gün İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının koronavirusdan dünyasını dəyişib. Xəstənin ünsiyyətdə olduğu ailə üzvləri və digər şəxslər müəyyən edilib, onlar karantinə götürülüb.  /BakuPost/

Check Also

Psixiatriya xəstəxansına salınan bələdiyyə sədrinin müavini: “Bu, mənə təhqir idi…”

Arzuman Xasməmmədli: “Psixi xəstə necə icra nümayəndəsi, Heydər Əliyev Mərkəzinin inzibatçısı işləyə bilərdi?” Qazax rayon …