Çərşənbə axşamı , 8 Aprel 2025
Drone Cameras

Azərbaycan millisinin oyunu təxirə salındı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan İsveçrə–Azərbaycan oyunu təxirə salınıb. 

Boyukmillet.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar AFFA və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.

Qeyd edək ki, qarşılaşma martın 26-na nəzərdə tutulmuşdu.

Check Also

Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb

Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti …