Cümə axşamı , 2 May 2024
Drone Cameras

Son dəqiqə : İranın məşhur ordu generalı koronavirusdan öldü – İnqilab Keşikçiləri Ordusunun komandirlərindən idi

İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) komandirlərindən biri, ordu generalı Nasir Şabani koronavirus xəstəliyindən ölüb.

Boyukmillet.com xəbər verir ki, bu haqda İranın Fars Xəbər Agentliyi məlumat yayıb.

Ordu generalı Şabani, 1982-ci ildə İran-İraq müharibəsi zamanı hərbçi karyerasına başlayıb. O, İmam Hüseyn Hərbi Unversitetində komandir müavini, Tehranda SEPAH-ın hərbi qərərgahənda komandir müavini vəzifələri də daxil olmaqla bir sıra yüksək vəzifələrdə çalışıb.  
 

Qeyd edək ki, Çin və İtaliyadan sonra ən çox itkilərin yaşadığı İranda, koronavirus ilk olaraq 19 fevralda Qum şəhərində aşkar edilib. Hazırda İranda koronavirusa tutulanların sayı 11 mini keçsə də, ölənlərin sayı 514 nəfərə çatıb. Bu virus səbəbindən İranın bir sıra tanınmış siyasətçi və hərbçiləri həyatını itirib.  

Check Also

Anar Məmmədli haqqında həbs qərarı verildi

Hüquq müdafiəçisi ittihamı absurd adlandırıb Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri, insan hüquqları …